Gülay Məmmədzadə

BİO

Dr. Gülay Məmmədzadə, Azərbaycan Tibb Universitetini Psixiatriya ixtisası üzrə bitirib, 15 ildir ki, həkim-psixiatr kimi fəaliyyət göstərir və Tibb Univerisitetində tələbələrə Psixiatriya fənni üzrə təlim keçirdir. Dr. Məmmədzadə uzun illərdir ki, ağır psixi stress yaşayan insanların psixi sağlamlığına təsir göstərən əsas amilləri araşdırır.Belə ki, 1-ci Qarabağ müharibəsinin veteranların, daşqın və zəlzələ qurbanların, süd vəzi xərçəngi olan qadınların psixi durumunun araşdırması Dr. Məmmədzadənin əsas elmi istiqamətidir.

Dr. Gülay Məmmədzadə Boston Harvard School of Public Health məktəbində elmi işlərin aparılması üzrə 6 aylıq təkmilləşmə kursunu keçib və orada süd vəzi xərçəngi olan qadınların psixi durumu və həyat keyfiyyəti üzrə elmi işini aparıb. Apardığı işin nəticələri beynəlxalq, yüksək-impakt factor jurnallarda çap olunan elmi məqalələrdə öz əksini tapıb və bir neçə müddət bundan əvvəl Dr. Məmmədzadə Philosophy Doctor və ya Tibb üzrə Fəlsəfə Doktoru adını qazanıb.

Hal-hazırda Dr. Gülay Məmmədzadə İmperial College London Univesitetinin Müalicə Fakultəsində Beynəlxalq İctimai Səhiyyə üzrə Magistraturada oxuyur və elmlər doktoru dərəcəsini qazanmaq üçün elmi fəaliyyətini davam etdirir.

Dr. Məmmədzadə hesab edir ki, səhiyyədə aparılan bütün islahatlar yalnız elmə əsaslanmalıdır və Azərbaycanda ictimai səhiyyə istiqamətinin irəliləməsi qısa bir müddətdə əhalinin əsas tibbi tələblərin və ehtiyacların ödənilməsilə özünü birüzə verəcək.