Mərziyyə Məmmədova

BİO

Dr. Mərziyyə Məmmədova Azərbaycan Respublikası Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun doktorantıdır, 2007-ci ildən isə Kliniki-Neyrofizioloji laboratoriyanın elmi işçi vəzifəsində çalışır, həkim-nevroloq, neyrofizioloqdur.

Tələbəlik illərindən bəri Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə üzvü, sonra isə sədri olmuşdur. Azərbaycan Tibb Universitetini bitirərək nevrologiya ixtisasını seçmişdir və elə qısa müddətdə doktorantura qəbul olaraq “Transkranial və çoxsəviyyəli maqnit stimulyasiyasının insultdan sonrakı xəstələrin müalicə və bərpasında tətbiqi” dissertasiya mövzusunda öz tədqiqatını aparmışdır. Bu illər ərzində həm dissertasiya mövzusu üzrə, həm də nevrologiyada actual olan və geniş-publisistik mövzularda çoxsaylı məqalə və tezisləri dərc edilmişdir.

Elmi fəaliyyəti boyunca ixtisası üzrə müxtəlif təlim və kurslarda, eləcə də kongresslərdə iştirak etmişdir. 2019-cu ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının Sertifikasiya İmtahanından Nevrologiya ixtisası üzrə imtahan vermiş və müvafiq olaraq Nevrologiya ixtisası üzrə praktik fəaliyyətə Şəhadətnamə almışdır. Rusiya Federasiyasının Sankt Petreburq şəhərinin Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında maqnit stimulyasıyası, elektroneyromioqrafiya, çağırılmış potensiallar üzrə sertifikatlı kurslar keçmişdir və müvafiq sertifikat almışdır. İSAR/Azerbaijan  fondunun təşkil etdiyi “40-hour Fundamental NGO Management Training Course” təlimində iştirak etmiş və sertifikat almışdır.

Bundan əlavə o, 2019- cu ildə Amerika Ürək Assosiasyasının (AHA) beynəlxalq dərəcəli “BLS for Healthcare Providers Course” təməl ilk tibbi yardım, 2020 ci ildə isə “Advanced Cardiovascular Life Support Course“ təkmil tibbi yardım təlimlərini keçmiş və  beynəlxalq sertifikatlar almışdır.

Azərbaycan Nevroloqlar Cəmiyyətinin, Milli Nevroloqlar Cəmiyyətinin, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının (İLAE) Azərbaycan bölməsinin daimi üzvüdür.

2018-ci ildən mütəmadi olaraq Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil sistemi üzrə yerli və xarici beynəlxalq akkreditasiyadan keçmiş təlimlərdə iştirak etmiş və DTT kkredit (Continued Medical Education -CME) ballar toplamışdır.  Bunlar arasında öz ixtisasından əlavə 2019-cu ildə Zorakılığa məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün TOT təlimində iştirakçı, MODULE 1K ISO 9001: 2015 standartlarına uyğun “Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis” təlimində iştirakçı, 2020-ci ildə Səhiyyə menecmenti üzrə Təlim Kursunda (Modul 1) iştirakçı, “Pandemiya zamanı məişət zorakılığına məruz qalan uşaqlarda psixi və psixosomatik pozuntular təlimində” isə təlimçi qismində iştirak etmişdir.

2019-2020 illəri əhatə edən ATU-da İnsultun Menecmentinin Təkmilləşdirilməsi Proqramı İnsult Mərkəzinin yaradılması Pilot Layihəsi üzrə işçi qrupun üzvü, təlimçi –ekspert olmuşdur.

Elmi fəaliyyətindaən əlavə o müxtəlif layihə və təşkilatlarda çalışmışdır. 2014-2015-ci  illərdə Sağlam Həyat Naminə İctimai Birliyin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin təşkili” layihəsində  kiçik ev şəraitində sığınacaqda sağlamlıq imkanları məhdud olan uşaqların bərpa müalicəsi aparılmasında həkim-reabilitoloq kimi, 2016-2017-ci  illərdə HekimTap şirkətində (www.hekimtap.com/hekimtap.az) Tibbi tədbirlərin təşkili və aparılmasında Təhsil üzrə menecer vəzifəsində, 2018-2020-ci  illərdə Uptodate İn Medicine MMC-də (www.tibbikurslar.com) Biznesin inkişafı üzrə direktor və Davamlı Tibbi Təhsil üzrə layihə rəhbəri kimi çalışmışdır.

Bundan əlavə bir sıra virtual sosial layihələrin yaradıcısı və aparıcısı olmuşdur: 2014-2017-ci illərdə Online Meditsinskaya Konsultasiya Facebook sosial qrup/layihədə admin, 2015-2017-ci illərdə həmin layihənin www.online-doctors.org tibbi portalında həmtəsisçi və admin, Psixonevroloji sağlamlıq/Neuropsychological Health Facebook sosial qrup/layihəsi yaradıcı və admin, Müasir Valideyn Məktəbi/Modern Parent School Facebook sosial qrup/layihəsi yaradıcı və admin, Neurology Club of Azerbaijan (Azərbaycan Nevroloqlar Klubu) Facebook sosial qrup/layihəsi və həmin klubun Nevroloqlar Whatsapp qrupu yaradıcı və admin, eyni adlı Neurology Club of Azerbaijan Youtube kanalı yaradıcısıdır.

2020-ci ildən Health&Science Initiatives MMC-nin həmtəsisçi və direktorudur. 2021-ci ildən AllinUs startup layihəsinin həmtəsisçidir.