Good Clinical Practice- Etibarlı Klinik Təcrübə

02 Noyabr 2021

Hörmətli izləyicilərimiz!

Sizi Azəri Toksikoloqlar Dərnəyi, Health and Science Initiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzi və Almaniyanın Pharma Akademie şirkəti tərəfindən birgə təşkil olunmuş “Good Clinical Practice (GCP) – Etibarlı Klinik Təcrübə” təlimində iştirak etməyə dəvət edirik.

İki gün davam edəcək olan təlim hər biri təqribən 1,5 saat davam edən 8 Moduldan ibarətdir:

  1. Helsinki Bəyannaməsi və GCP-nin yaranması, qısa tarixi, klinik tədqiqatlarda (KT) onun rolu. ICH/GCP-E6. Avropada və Azərbaycanda klinik tədqiqatlara dair mövcud qanunvericilik aktları və qaydalar.
  2. Xüsusi GCP terminologiyası və vacib GCP sənədləri
  3. Dərman vasitələri və tibbi cihazların hazırlanması və təhlükəsizliyi
  4. Biometriyanın əsasları, fərqli tədqiqat dizaynları və hədəflərin müəyyən edilməsi
  5. Klinik Tədqiqat Mərkəzinin və sponsorun vəzifələri
  6. Klinik Tədqiqatlarda keyfiyyətə nəzarət
  7. Auditlər və inspektor yoxlamaları
  8. ICH/GCP-yə əsaslanan Klinik Tədqiqatların aparılması – Praktiki hissə

Təlim Elmi Araşdırmalara Dəstək Mərkəzi-nin təlimçiləri  Dos. İsmayıl Əfəndiyev, Tibb üzrə fəlsəfə doktoru,  Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrası dosenti, Azəri Toksikoloqlar Dərnəyinin sədri, Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvü,  Dr. Jalə Əhmədova /PhD  – həkim-laborant, Tibb Üzrə Fəlsəfə Doktoru,  Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Mannheim şəhəri, Almaniya/ və  Dr. Elşən Ağayev, MD / qulaq-burun-boğaz həkimi, allerqoloq, Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin sədr müavini, Hamburq şəhəri, Almaniya/ tərəfindən aparılacaqdır.

Tədbir ONLINE formatda keçiriləcəkdir.

  • Tarix/Saat: 11-12 dekabr 2021-ci il,  saat 10:00-18:00
  • Yer: Bakı, Azərbaycan
  • Təlimçilər : Dos. İsmayıl Əfəndiyev, Dr. Jalə Əhmədova, PhD, Dr. Elşən Ağayev
  • Hədəf qrup: Tibb və tibbə yaxın bütün sahələrdə (mikrobiologiya, genetika, biokimya, biofizika və s.) klinik elmi araşdırma aparan və aparmaq arzusunda olan həkim və digər tibb və qeyri-tibb işçiləri
  • Ödəniş: Ödənişlidir, 200AZN
  • DTT krediti:  16 DTT krediti
  • Aparılan dil: Əsas dil – Azərbaycan dili, sual-cavab – Azərbaycan, ingilis və rus dillərində
  • Sertifikat: Beynəlxalq dərəcəli GCP sertifikatı verilir
  • Qeydiyyatın son günü: 

 

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Website : www.hs-i.org

E-mail:        info@hs-i.org

WhatsApp:   +99455 224 07 72

Good Clinical Practice- Etibarlı Klinik Təcrübə üçün qeydiyyatdan keçin

Tədbir üçün qeydiyyat haqqı: 200 AZN-dir.
Tədbir üçün qeydiyyat haqqı: 200 AZN-dir.
Tədbir üçün qeydiyyat haqqı: 200 AZN-dir.
Qeyri-tibb işçiləri qeydiyyatdan keçə bilməz