Nevrologiya-Neyrofiziologiya

Azərbaycan Nevroloqlar Klubu

Azərbaycan Nevroloqlar Klubu Azərbaycanda nevroloqlar üçün 2017-ci ildə yaradılmışdır və əsas fəaliyyətini Facebook sosial şəbəkəsindən başlamışdır. Qrupunun tərkibində yalnız tibb ixtisaslı üzvlər daxildir, onların arasında nevrologiyadan başqa həmçinin ixtisaslı həkimlər vardır. Klubun üzvlərini dünyanın bir çox ölkəsində fəaliyyət göstərən həm əslən azərbaycanlı alimlər, həm də xarici alimlər təşkil edir. Qrupun Neurology Club Azerbaijan YouTube kanalı yaradılmışdır və daim nevroloq üzvlərin fəaliyyəti barədə aktiv videolar paylaşılır.  Klub üzvlərinin aktiv müzakirələri isə Nevroloqlar WhatsApp qrupunda aparılır. Klubun fəliyyəti ilə tanış olmaq üçün aşağıdakı sosial şəbəkələrə keçid ala bilərsiniz. Kluba üzv olmaq istəyiniz varsa, xahiş edirik qeyd olunan e-mail ünvanına müraciətinizi qeyd ediniz.